- Baxış sayı: 29
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

AÇ-2020-nin ələməsində millimiz evdə Slovakiya futbolçularına 1:5 yenildi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra mətbuat konfransında baş məşqçimiz Nikola Yurçeviç bunu dedi:
“Bu nəticədən sonra nəsə demək çətindi. Amma oyunu qısa da olsa təhlil edəcəm. Qarşılaşmaya yaxşı başladıq, kombinasiya qurmağa, topa sahib olmağa çalışdıq. Matçın gedişində Araz Abdullayevin hesabı 2:3 etmək üçün imkanı oldu.
Əlbəttə, pis nəticədir. 4-cü qola qədər müəyyən fürsətlər oldu. Ancaq həmin qoldan sonra nəyisə dəyişmək çox çətin idi. Böyük hesablı məğlubiyyətə görə azarkeşlərdən üzr istəyirik. Növbəti oyunlarda daha yaxşı çıxış edəcəyimizə ümid edirik”.