Nikola Yurçeviç: Pozitiv olmaq lazımdır

İyunun 8-də Azərbaycan futbolçuları Avro-2020-nin seçməsində saat 20:00-da “Bakcell arena”da macarıstanlı həmkarlarını qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu gün baş məşqçimiz Nikola Yurçeviç KİV önünə çıxdı:

“3 həftədən artıqdır ki, hazırlıq keçirik. Sevindirici məqam heyətdə zədəli futbolçunun olmamasıdır. Yeganə problem Almeyda ilə bağlıdır ki, o da sabahkı oyuna tam hazır olacaq. Düzdür, 4 gün sonra Slovakiya ilə qarşılaşacağıq, ancaq indi Macarıstanla oyun haqda düşünürük. Futbolda hər şey mümkündür.

Sabahkı oyunla bağlı nikbinəm. Oyun ərzində qol buraxa bilərik. Təbii ki, bu baş versə, çalışacağıq əvəzini çıxaq. Rəqibimiz yaxşı komandadır. Onlar Xorvatiya millisini məğlub ediblər. Bir neçə futbolçusu Almaniya bundesliqasında çıxış edir. Biz rəqibə qarşı müdafiə olunmayacağıq. Müdafiə ilə hücum arasında balans yaratmağa çalışacağıq.

İstərdim Zaqrebdə Xorvatiyaya qarşı olduğu kimi müdafiə olunaq, ancaq hücumda daha parlaq çıxış edək. Heyəti hələ tam müəyyənləşdirməsəm də, Xorvatiyaya qarşı mübarizə aparan futbolçuların əksəriyyəti meydanda olacaq. Pozitiv olmaq lazımdır. Hər şey yaxşı olacaq”.

Həmin kateqoriyadan