- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsinin Uelslə oyunu öncəsi mətbuat konfransı jurnalistlərin suallarını cavablandırıb.
Allsport.az xəbər verir ki. xorvatiyalı mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
“Beş gündür toplanışdayıq. Əhval-ruhiyyə yaxşıdır. Macarlarla oyundan əvvəl də beləydi. Bu dəfə də zədə və digər səbəblərdən oynaya bilməyəcək futbolçular var. Rüfət Dadaşov heyətdən çıxarıldı. Maksim Medvedevin oynamaq ehtimalı azdır. Eddi İsrafilov gələ bilmədi. Son oyunlarda rəqiblərə yaxşı müqavimət göstərə bilirik. Son 5 dəqiqədə oyunları uduzmuşuq. Səbəblər arasında bəxtsizliyimizi də göstərmək olar. Hər halda nikbinik və yaxşı olacağına ümid edirik”.