- Baxış sayı: 35
- 22 Noyabr 2024 17:47
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Avropa çempionatının elit mərhələsi ərəfəsində Finlandiyada təlim-məşq toplanışında olan Azərbaycanın U-19 yığma komandası fevralın 20-də finlandiyalı həmyaşıdları ilə yoxlama oyunu keçirəcək. Allsport.az xəbər verir ki, komandanın baş məşqçisi Nikolay Adam ümidlidir və revanş gözləyir:
“Güclü tərəfimiz komandanın çoxdandır birlikdə oynamasıdır, 1997-ci il təvəllüdlü oyunçularımız Qranatkin turnirində yaxşı nəticə göstərdilər. Bu kimi məqamlar psixoloji cəhətdən rəqiblə müqayisədə bizə daha da üstünlük verir. Finlandiya yığması ilə keçən il Riqada keçirilən “Federation Cup” turnirində qarşılaşmışdıq və minimal hesabla (2:3) məğlub olmuşduq. Fevralın 20-də keçiriləcək revanş oyununda qalib gəlmək əsas məqsədimizdir”.