- Baxış sayı: 31
- 24 Noyabr 2024 20:21
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Ölkə kubokunun yarımfinal mərhələsinin “Neftçi” ilə keçirilən cavab oyunundan sonra “İnter”in prezidenti Georgi Nikolov jurnalistlərin suallarını cavablandırıb. Allsport.az sizi həmin açıqlamalarla tanış edir.
– Komandanızın fəxri prezidenti Cahangir Hacıyevin Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsindən istefa verməsindən sonra “İnter”in aqibətinin necə olacağı gündəmdən düşmür. Bu haqda nə deyə bilərsiniz?
– Hazırda mən də dəqiq bir söz deyə bilmərəm. Amma narahat olmayın, komanda fəaliyyətini davam etdirəcək, yenə iddialı olacağıq. “İnter” sıradan komanda olmayacaq. Əvvəl necə idisə, gələcəkdə də elə olacaq. Bu arada komandanın taleyi ilə yaxından maraqlandığınıza görə, sizlərə də təşəkkür edirik. Futbol ictimaiyyətinə, eyni zamanda azarkeşlərimizə “rahat olun” deyirəm. “İnter”in qətiyyən dağılmaq, fəaliyyətini dayandırmaq ehtimalı yoxdur. Bundan söhbət belə, gedə bilməz.
Bir şeyi əminliklə deyə bilərəm ki, Cahangir Hacıyev klubun rəhbəri vəzifəsində qalır. Mən də öz vəzifəmi icra edəcəyəm. Hansısa dəyişiklik gözlənilmir. Klubun büdcəsinin 50 faiz azaldılacağı barədə deyilənlərə gəlincə, hər şey mümkündür. Yeni mövsüm üçün büdcəmiz hələ təsdiqlənməyib. Bu, baş verdikdən sonra baş məşqçi postuna təyinat edəcəyik. Hələ ki gözləməliyik. Bu üzdən yeni baş məşqçi ilə bağlı məsələ də qaranlıq olaraq qalmaqdadır.
“İnter Arena” klubun şəxsi mülküdür. Buranı heç kimə vermək fikrimiz yoxdur. Stadiona, bazaya kifayət qədər böyük vəsait xərclənib. Burdan pul qazanırıq. Klub stadiondan xeyir götürür və gələcəkdə də bundan yararlanmaq fikrindəyik. İndidən sizi “İnter”in Avropa Liqasındakı ilk ev oyununa dəvət edirəm. Həmin vaxt matçı VİP lojadan birgə izləyərik. Həm də dediklərimin həqiqət olduğunu öz gözlərinizlə görərsiniz”.