Nizami Paşayev: Ağırlıqqaldıranlarımız ölkə çempionatına hazırlaşırlar

«Yığma komandada hər şey qaydasındadır. Məşqlərimizi davam etdiririk. Ağırlıqqaldıranlarımız ayın sonunda keçiriləcək ölkə çempionatına hazırlaşırlar».

Bunu allsport.az saytına açıqlamasında millinin məşqçisi Nizami Paşayev deyib. Gənc mütəxəssisin sözünə görə, Azərbaycanın ən güclülərinin yarışının nəticələrinə əsasən seçmə komanda formalaşacaq:

«9-17 apreldə Tiflisdə Avropa çempionatı keçiriləcək. Həmin yarışda mübarizə aparacağıq. Qitə çempionatına qədər ölkə xaricində təlim-məşq toplanışı da nəzərdə tutulub».

Həmin kateqoriyadan