- Baxış sayı: 133
- 04 Fevral 2026 23:05
- Baxış sayı: 209
- Fevral 04, 2026
- 0

Bu gün Azərbaycan badminton federasiyası və bu idman növündə dünyada öncüllərdən olan Malayziyanın badminton federasiyası (MBF) arasında əməkdaşlıq memorandumu imzalanıb.
Allsport.az xəbər verir ki, MBF-nin prezidenti Mohamad Norza Zakaria anlaşma ilə bağlı bunları deyib:
“Düşünürəm ki, Malayziya badminton federasiyası ilə Azərbaycan badminton federasiyası arasında bağlanan anlaşma memorandumu tarixi və vacib əməkdaşlıqdır.
Bu bizim münasibətlərimizin genişlənməsi deməkdir. Bildiyiniz kimi Azərbaycanın 3 yeniyetmə badmintonçusu Malayziyada bizim badminton akademiyamızda məşq edərək təhsil alır.
Ülvi , Əmirxan və Əminə bizim 16 yaşadək komandamızla birlikdə təlim-məşq toplanışı keçir. Bu bizim əhəmiyyətli münasibətlərimizin başlanğıcıdır. Azərbaycanın həm məşqçilər , həm də idmançıları ilə təcrübəmizi bölüşməklə mental olaraq onların badmintonda səviyyəsinin yüksəlməsinə töhfə verməyə çalışacağıq”.