- Baxış sayı: 20
- 21 Yanvar 2026 10:33
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Qalatasaray”ın yarımmüdafiəçisi İlkay Gündoğan çempionlar liqasının ilk turunda Frankfurt “Ayntraxt”ına 1:5 hesablı məğlubiyyəti şərh edib.
Allsport.az xəbər verir ki, türk əsilli futbolçu növbəti oyunlarda daha yaxşı oynamalı olduqlarını söyləyib: “Buraxdığımız ilk qol sınma nöqtəsi oldu – bir-birimizi irəli çəkə bilmədik. Hiss etdim ki, biz bir az özümüzü itirdik və ikinci və üçüncü qollardan qaça bilmədik.
Növbəti dəfə daha yaxşı oynamalıyıq. Bir-birimizə inanmalıyıq. Bilirəm ki, hazırda çətin səslənir, amma yenə də bu komandaya inanıram. İndi özümüzə qarşı dürüst olmaq, nəyi yaxşılaşdırmaq lazım olduğunu anlamaq vaxtıdır”.
Çempionlar liqasının 2-ci turunda “Ayntraxt Frankfurt” səfərdə “Atletiko Madrid”lə, “Qalatasaray” isə doğma meydanda “Liverpul”la qarşılaşacaq. Hər iki qarşılaşma sentyabrın 30-na təyin edilib.