“Növbəti hədəfimiz Los Anceles-2028 olimpiyadasıdır”

Paris-2024-də cüdoçumuz Zelim Kotsoyev 100 kq-da qızıl medal qazanıb. Allsport.az saytı xəbər verir ki, “Cüdo-2012” klubunun üzvü sevincini Azərbaycan xalqı ilə bölüşüb: 

“Təbriklər üçün təşəkkür edirəm. Bu gün çətin gün oldu, belə olacağını öncədən bilirdim. Hər görüşə xüsusi hazırlaşırdım. Hər tutaşmadan öncə məşqçilərə deyirdim ki, ölsəm də qalib gələcəm. Öz-özümü belə motivasiya edirdim. Mübarizə zamanı mən planımdan yayınmırdım.

Bizim böyük komandamız var. Federasiya rəhbərliyinə, həkimlərimizə, masajçılara, psixoloqumuza, məşqçilərimə təşəkkür edirəm. Şəxsi məşqçim Elxan Məmmədova – onun mənim üzərimdə əməyi çox olub. Baş məşqçimiz Riçard Trautmana minnətdaram. Mənim taktiki, texniki inkişaf etməyimə çox diqqət yetirir. Bu komanda ilə biz bir çox işlər görə bilərik.

Hidayət Heydərov ilə ruhən çox oxşarıq. 2 ay öncə kimin ağlına gələrdi ki, biz dünya çempionu olandan 2 ay sonra olimpiya çempionu adını qazanacağıq. Biz nə qədər ki, bir-birimizi dəstəkləyirik daha çox uğura imza ata bilərik.

Növbəti hədəfimiz Los Anceles-2028 olimpiyadasıdır. Orada görüşənədək.

Həmin kateqoriyadan