- Baxış sayı: 45
- 06 Mart 2026 22:52
- Baxış sayı: 253
- Mart 05, 2026
- 0

Azərbaycan premyer liqasının IX turu “Zirə”nin futbolçusu Ceyhun Nuriyev üçün əlamətdar olub.
Allsport.az xəbər verir ki, yarımmüdafiəçi premyer liqada 100-cü oyununu keçirib.
Bu, “Sumqayıt”la ev matçına (1:0) təsadüf edib. Ceyhun qarşılaşmanın 73-cü dəqiqəsində meydana daxil olub.
Hesabında 11 qol olan Nuriyev premyer liqada iki klubun formasını geyinib. 2020/21 mövsümündə “Sabah”da debüt edən futbolçu ilk klubunda 46 (4 qol), “Zirə”də 54 (7 qol) dəfə fürsət qazanıb.