“Nyukasl”dan “Mançester Siti”yə

“Mançester Siti” “Nyukasl”ın müdafiəçisi Valentino Livramento ilə maraqlanır.

Allsport.az xəbər verir ki, “şəhərlilər” qışda 23 yaşlı ingilis futbolçunu əldə etməyə çalışacaq.

Mançester təmsilçisi puldan əlavə, qapıçı Ceyms Traffordu da müqaviləyə daxil etməyə hazırdır. “Nyukasl”ın 23 yaşlı qapıçı ilə maraqlandığı bildirilir.

Livramento bu mövsüm bütün yarışlarda səkkiz oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir.

Həmin kateqoriyadan