“O, artıq çox zəifdir”

UFC çempionu İlia Topuria Konor Makqreqora qarşı döyüş ehtimalını dəyərləndirib.

Allsport.az xəbər verir ki, bu barədə o, “Marca”ya açıqlama verib:

“Düşünmürəm ki, Konorla mübarizəm mümkündür. O, artıq çox zəifdir, tamamilə itib. Hər şeydə yanılır. Onun əvvəlki kimi özünə inamı yoxdur. O, çox şey əldə etdi və bunun sayəsində bu gün hər şeyə sahib oldu. O, öz hazırlığına arxayın idi və qarşısına dəqiq məqsəd qoymuşdu. Daha yaxşı olmağa çalışdı. İndi o, artıq əvvəlki kimi deyil. Özünə və bacarığına inamını itirdi. Çıxıb döyüşməmək üçün səbəblər axtarmalıdır.

Həmin kateqoriyadan