- Baxış sayı: 20
- 05 Dekabr 2025 20:39
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

“Milan”ın oyunçusu Rafael Leao baş məşqçi Massimiliano Alleqri ilə işləməkdən danışıb.
Allsport.az xəbər verir ki, portuqaliyalı oyunçu mütəxəssis barədə bunu deyib:
“O, məndən çox şey tələb etmir, sadəcə deyir ki, “sərbəst oyna”. Ən vacib şey diqqət və düzgün münasibətdir. O, mənim topla və topsuz nələrə qadir olduğumu bilir.
Massimiliano oğlunu daim daha yaxşı olmağa sövq edən bir ata kimidir. Mənə güvəndiyini bildiyim üçün özümü inamlı hiss edirəm.
Təkbətək vəziyyətləri, bir, iki, üç müdafiəçinin yanından topu keçirməyi sevirəm. Amma futbol dəyişib, statistika indi vacibdir. İndi ən vacib şey qol vurmaqdır”.