- Baxış sayı: 73
- 01 Dekabr 2025 15:23
- Baxış sayı: 103
- Dekabr 05, 2025
- 0

Rusiyalı tennisçi Mirra Andreyeva gələcək planlarından və hədəflərindən danışıb.
Allsport.az xəbər verir ki, bu barədə o, sport24.ru saytına müsahibə verib:
-Siz nəinki “Rolan Qarros”un yarımfinalına yüksəlmisiniz, reytinqin ilk 25-liyindəsiniz, yəni istənilən turnirdə oynaya bilərsiniz. Artıq bu mənada yeni bir həyatın olduğunu başa düşdünüzmü?
-Hələlik beynimdə yalnız bir məqsədim var: ilk 20-liyə düşmək, o zaman anam mənə it alacaq. Biz onunla Madriddə bu məqsədi qoyduq. O qədər itli oyunçu gördük ki, düşündüm: mən də istəyirəm. Məşqçi də onu inandırmağa başladı: “Gəlin onu alaq, alaq, kömək edəcəm, hər şeyi edəcəm, bunun [tennisçinin həyatında] nə qədər kömək etdiyini təsəvvür edə bilməzsən.