- Baxış sayı: 39
- 19 Dekabr 2024 20:49
- Baxış sayı: 153
- Dekabr 18, 2024
- 0
Bakı şəhəri 53 nömrəli tam orta məktəbin şagirdlərinin Özbəkistan səfəri Azərbaycan Respublikası MOK-un OCEP layihəsi çərçivəsində baş tutub.
Allsport.az xəbər verir ki, səfər zamanı Özbəkistan MOK-un beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Erqaşev Kamoliddin Azərbaycan nümayəndə heyəti ilə görüşüb. Özbəkistan MOK-un rəsmisi ölkənin idman tarixi, idmançıları ilə bağlı məlumat verib. Məktəblilər üçün MOK-un inzibati binasına ekskursiya da təşkil olunub.
OCEP məktəblilərinin Azərbaycan respublikasının Özbəkistandakı səfirliyinin nəznində yerləşən Heydər Əliyev adına mədəniyyət mərkəzinə səfəri də maraqlı anlarla yadda qalıb. Mərkəzin rəhbəri Samir Abbasov şagirdlərə görülən işlər haqda məlumat verib. Azərbaycan və özbək xalqlarını birləşdirən milli adət-ənənələr ilə tanış olan məktəblilərinin hazırladıqları bədii kompozisiya hərkəsi heyran edib və tədbirə xüsusi abu-hava qatıb.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev də OCEP məktəbliləri ilə görüşüb. Onların səfər gündəliyi ilə tanış olub və OCEP layihəsi çərçivəsində Özbəkistan məktəbi ilə aparılacaq işlərlə maraqlanıb.
Səfər zamanı Bakı şəhəri 53 nömrəli tam orta məktəblə Daşkənddə yerləşən Əl-Biruni adına Beynəlxalq məktəb arasında memorandum imzalanıb. Özbəkistan məktəbinin direktoru Həsən Həsənovla qardaşlaşmış məktəblərin gələcək əməkdaşlığı müzakirə olunub.
Milli olimpiya komitəsinin “OCEP” lahiyəsi çərçivəsində Bakı şəhər 53 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti ilə yanaşı MOK-un beynəlxalq proqramlar idarəsinin məsləhətçisi Ceyhun Rəhmanov, OCEP lahiyəsi üzrə koordinator Namiq Cəfərov da Daşkənddə səfərdə olublar.