- Baxış sayı: 117
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Beynəlxalq nüfuzlu “Sportcal” (Sport Market Intelligence) şirkəti dünyanın qabaqcıl idman ölkələri və şəhərlərinin siyahısını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, ev sahibliyi etdiyi yarışların nüfuzu, səviyyəsi və təşkilatçılığına görə müəyyənləşən reytinq siyahısında Azərbaycan da yer alıb. Müxtəlif mötəbər çempionatların, həmçinin formula-1 və Şahmat olimpiadası kimi yarışların keçirildiyi Odlar yurdu siyahıya daxil olan 86 ölkə arasında 33-cü yerdə qərarlaşıb. 4 pillə irəliləyən ölkəmizin əmsalı 5406 xalla dəyərləndirilib. Ermənistanın düşmədiyi siyahıda Azərbaycan MDB ölkələri arasında ötən il olduğu kimi, yenə də üçüncü pillədə yer alıb.
Bizi ümumi siyahıda 2-ci olan Rusiya (39145) və 29-cu sırada yer alan Qazaxıstan (6469) qabaqlayır. Buna baxmayaraq, Azərbaycan Belçika, Argentina, Yunanıstan, Ukrayna, Portuqaliya, Serbiya kimi idman ölkələrini arxada qoyub.
İlk üçlükdə də dəyişiklik olub. Ötən il 5-ci olan ABŞ (39262) bu dəfə liderliyi ələ keçirib. 3-cü yerdə Kanada (35474) gəlir. Siyahıda 2 mövqe geriləyən Türkiyə (11652) 20-ə enib.
Şəhərlərin siyahısına bu dəfə London (19549) başçılıq edir. İlk üçlüyə Rio-de-Janeyro (18240) və Tokio (17808) daxildir. Bakı isə 5283 xalla dünyanın 17-ci şəhəridir. Paytaxtımız 9 pillə irəliləyib. Bakı Minsk, Vankuver, Sankt-Peterburq, İstanbul, Barselona, Los-Anceles, Roma, Milan, Amsterdam və bir sıra aparıcı şəhərlərdən öndədir. Bakı MDB məkanında Moskva, Kazan və Soçidən sonra 4-cü yerdədir.