- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

İngiltərə millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Rəhim Sterlinq evə soxulmaq istəyən maskalı şəxsləri bıçaqla dəf etməyə çalışıb.
Allsport.az xəbər verir ki, hadisə futbolçunun ailəsi ilə birlikdə evdə olduğu zaman baş verib. Maska taxmış şəxslər Sterlinqin evinə girməyə cəhd ediblər. Məlumata görə, İngiltərəli futbolçu ikinci mərtəbənin pəncərəsini sındıran bir şəxsin səsini eşidib. O, dərhal mətbəx bıçağını götürərək içəri girib və həyat yoldaşı Peyc Milianı və uşaqlarını ayrı bir otağa kilidləyib.
Soyğunçular əlində bıçaq olan oyunçunu görərək qaçıblar. Beləliklə, Sterlinqin cəsarətli addımı ailəni ciddi təhlükədən xilas edib.
Sterlinq sevgilisi Peyc Milian və üç uşağı ilə yaşayır. Onun əvvəlki münasibətdən də bir böyük qızı var.