- Baxış sayı: 135
- 20 Mart 2026 23:43
- Baxış sayı: 173
- Mart 19, 2026
- 0
“Xəzər Lənkəran” Futbol Klubu və komandanın baş məşqçisi Oğuz Çətin Robert Prosineçkinin Azərbaycan millisinin baş məşqçisi postuna təyin olunması münasibətilə təbrik edib. Allsport.az xəbər verir ki, türkiyəli çalışdırıcı xorvat mütəxəssisə yeni vəzifəsində uğurlar və nailiyyətlər diləyib, onunla işbirliyinin milli komandaya və bütövlükdə Azərbaycan futboluna tövhə verəcəyinə əminiliyini bildirib.