- Baxış sayı: 20
- 26 Noyabr 2024 17:17
- Baxış sayı: 34
- Noyabr 26, 2024
- 0
UEFA-nın dəstəyi ilə Oğuzda 12 yaşlı qızlar arasında “Bahar turniri” keçirilib.
Allsport.az xəbər verir ki, turnirdə 8 komanda iki qrupda mübarizə aparıb.
Qrupda ilk iki yerə tutan komandalar pley-off mərhələsində üz-üzə gəlib. 1 saylı tam orta məktəb turnirin qalibi, 2-ci və 3-cü yeri isə müvafiq olaraq, 3 saylı tam orta məktəb və 2 saylı tam orta məktəb tutub. 1 saylı tam orta məktəbin şagirdi Fatimə Hətəmzadə 8 qolla turnirin ən məhsuldar oyunçusu olub.
3 saylı tam orta məktəbin şagirdi Günay İbrahimova ən yaxşı oyunçu, 2 saylı tam orta məktəbin şagirdi Aylan Manaflı isə turnirin ən yaxşı qapıçısı seçilib. İlk üç yeri tutan komandalar diplom və medallar, qalib komanda isə kubokla mükafatlandırılıb.
Mükafatları AFFA-nın qadın futbolu departamentinin rəisi Əminə Həsənova, U-17 (qızlar) milli komandasının baş məşqçisi Nərgiz Qurbanova, U-15 (qızlar) yığmasının baş məşqçisi Xanlar Əliyev və Oğuz olimpiya idman kompleksinin direktoru Muslim Mavlüdov təqdim ediblər.
Layihənin əsas məqsədi gələcəkdə U-12 qızlar liqasına və aşağı yaş qrupu üzrə milli komandalara yeni qız futbolçuların cəlb edilməsidir.