“Ola bilsin, taktikada müəyyən dəyişiklik edək”

Sabah “Qarabağ” Avropa liqasının əsas mərhələsinin 2-ci turunda evdə Isveçin “Malmö” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu dedi:

“Evdə ilk oyuna cıxacağıq. Ovqatımız yüksəkdir. Özümüzəuyğun hazırlıq keçmişik. Bəzi çatışmamazlıq var. Çalışacağıq ki, bütün gücümüzü ortaya qoyub azarkeşlərimizi sevindirək

Zədəlilər var. Onların dönüşü zaman alacaq. Rəqib təcrübəlidir. Belə oyunlarda yaxşı hazırlaşmağa imkan olmur. Ola bilsin, taktikada müəyyən dəyişiklik edək. İsveç klubunun fiziki göstəriciləri də yüksəkdir. Sonadək dayanmaq lazımdır”.

Həmin kateqoriyadan