- Baxış sayı: 27
- 19 Mart 2026 23:59
- Baxış sayı: 27
- Mart 19, 2026
- 0

Milli olimpiya komitəsinin və Azərbaycan güləş federasiyasının ortaqlığı, “Gənclik” ticarət mərkəzi və “Go sport”un dəstəyi ilə güləşin tanınmış simaları azarkeşlərlə görüşdü. Allsport.az saytı xəbər verir ki, tədbirin gedişində 3-qat dünya və 4-qat Avropa çempionu Hacı Əliyev ayaqüstü KİV-ə açıqlama verdi:
“Uşaq və yeniyetmə azarkeşlərlə görüş hər zaman faydalıdır. Nə qədər onlarda həvəs yaratdığını deyə bilmərəm, inanaq ki, onlar arasında gələcəyin çempionları yetişəcək. İdmançı kimi uzun yol qət etmişəm. İndi fəaliyyətimi yenə idmanda davam etdirirəm – güləş federasiyasında əlaqələndiri vəzifəsindəyəm.
Hər zaman çalışmışam ki, xalqıma, millətimə faydalı olum. Ola bilsin, yaxın gələcəkdə özümü ayrı işdə sınayım. Xeyirlisi, nəyi məsləhət bilərlər, o da olar”.