“Olimpi Azzurra” ceyran və nardan yazdı

İtaliyanın məşhur “Olimpi Azzurra” saytında Bakı-2015-in ceyran və narı ilk dəfə keçiriləcək idman tədbirinin rəsmi rəmzləri kimi təqdim etməsi ilə bağlı məqalə yerləşdirilib. Allsport.az saytı AzərTAc-a istinadən xəbər verir ki, yazıda gənclər və idman naziri, ilk Avropa Oyunlarının baş icraçı direktoru Azad Rəhimovun sözünə yer verilib:

“Ceyran və nar rəmzlərini bütün dünyaya təqdim etməyə şadıq. Ümidvarıq ki, onlar birinci Avropa Oyunlarının həyəcanını əks etdirə biləcəklər. Bu simvollar “Bakı-2015”in rəmzləri kimi, Azərbaycanda yeni nəsil idman azarkeşlərini ruhlandıracaq, həyəcanlandıracaq və əyləndirəcək”.

Müəllif bildirir ki, ceyran Qafqaz dağlarından tutmuş Xəzər dənizinin sahillərinədək qonaqlara ölkə boyu bələdçilik edəcək və onlara Azərbaycanın gözəlliklərini təqdim edəcək. Azərbaycanda qorunan heyvan növlərindən biri olan ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın rəmzidir. Ölkəmizdə geniş yayılan nar meyvəsi rəngarəng “Bakı-2015” brendində əks olunaraq artıq bu şəhərdə geniş nümayiş etdirilib.

Həmin kateqoriyadan