Olimpiadada qorxulu anlar

Çinli ulduz snoubordçu Lü Tsyayuy XXV qış olimpiya oyunlarında ağır qəza keçirərək xəstəxanaya aparılıb.

Allsport.az xəbər verir ki, 33 yaşlı idmançı halfpayp yarışında başıüstə rampaya çırpılıb.

İlkin müayinələr nəticəsində idmançının onurğa və boyun fəqərələrində ciddi zədə aşkar edilməyib. Huşu özündə olan olimpiya mükafatçısı hazırda kəllə-beyin travması ehtimalı ilə bağlı nəzarətdə saxlanılır.

Hadisə səbəbindən o, yarışı yarımçıq qoymalı olub.

Həmin kateqoriyadan