- Baxış sayı: 414
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0

2028-ci ildə Los-Ancelesdə keçiriləcək yay olimpiya oyunlarının cədvəli açıqlanıb.
Allsport.az xəbər verir ki, idman tədbirləri iyulun 12-də futbol matçları da daxil olmaqla, birinci təsnifat mərhələləri ilə başlayacaq.
Açılış mərasimi iyulun 14-də olacaq. iyulun 15-də triatlon, qılıncoynatma, cüdo, atletika, reqbi yeddiliyi, atıcılıq və kanoe slalom kimi növlər üzrə ilk medal dəstləri təqdim olunacaq.
Boks yarışı 15 – 23 iyulda, finallar isə 27 – 30 iyulda keçiriləcək.
Cüdoda mübarizə iyulun 15-dən 22-dək baş tutacaq.
Yarışın final günü, iyulun 30-da yüngül atletika, boks, basketbol, trek velosipedi, üzgüçülük, güləş və voleybol üzrə həlledici yarışlar keçiriləcək. Həmin gün olimpiadanın bağlanış mərasimi də təşkil olunacaq.