- Baxış sayı: 14
- 31 Mart 2026 16:26
- Baxış sayı: 693
- Mart 30, 2026
- 0

Çempionlar liqasının II təsnifat mərhələsində iyulun 28-i saat 21:00-da “Bakcell Arena” stadionunda keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu öncəsi “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov və futbolçu Sabir Buqrinin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Allsport.az xəbər verir ki, tədbir iyulun 27-i saat 20:30-dan etibarən “Bakcell Arena”da keçiriləcək.
Konfransdan sonra saat 21:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
“Olimpiakos”un mətbuat konfransı və açıq məşqi isə iyulun 27-də Yunanıstanda keçiriləcək. Bakı vaxtı ilə 10:30-da klubun təlim-məşq bazasında rəqib komandanın açıq məşqi, 13:00-da isə “Georgios Karaiskakis” stadionunda “Zoom” proqramı vasitəsilə mətbuat konfransı təşkil olunacaq. Konfransda iştirak etmək istəyən KİV nümayəndələri üçün “Zoom” proqramının linki paylaşılacaq.