- Baxış sayı: 35
- 06 Fevral 2026 17:46
- Baxış sayı: 220
- Fevral 04, 2026
- 0

Yunanıstanın “Olimpiakos” klubunun baş məşqçisi Pedru Martinş Bakıya gələcək. Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis “Neftçi” və Gürcüstanın “Dinamo” (Tiflis) klubları arasında çempionlar liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununu izləyəcək.
Bu cütün qalibi ÇL-in 2-ci təsnifat mərhələsində “Olimpiakos”la qarşılaşacaq.
Tiflisdəki ilk görüşdə “Neftçi” 2:1 hesablı qələbə qazanıb. Martinş həmin görüşü də tribunadan canlı izləyib. Cavab oyunu iyulun 14-də keçiriləcək.