Olimpiya çempionları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər

Paris-2024-ün qızıl medalçıları Hidayət HeydərovZelim Kotsoyev ümummilli lider Heydər Əliyevin və şəhidləri ziyarət edib, ruhları qarşısında baş əyməyi özlərinə borc biliblər.

Allsport.az saytı xəbər verir ki, Fəxri xiyabanda onlar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Sonra çempionlar Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.

Həmin kateqoriyadan