- Baxış sayı: 40
- 19 Dekabr 2024 20:49
- Baxış sayı: 159
- Dekabr 18, 2024
- 0
Olimpiya çempionlarının iştirakı ilə “Milyonların şousu” olub. Allsport.az xəbər verir ki, “Milyonların şousu”nun yeni il və milli olimpiya komitəsinin 30 illik yubileyinə həsr olunmuş buraxılışında olimpiyaçılar və Azərbaycanın məşhur səhnə adamları bir araya gəlib.
“YAŞAT” fonduna dəstək üçün yarışan məşhurlar “Milyonların şousu” verilişinin daimi izləyicilərinə maraqlı anlar yaşadıblar.
İlk olaraq yarışan olimpiya çempionu Fərid Mansurov və xalq artisti Tünzalə Ağayeva şounun aparıcısı Fatehin suallarını məharətlə cavablandıraraq 8 min manat qazanıblar. Həmin məbləği “YAŞAT” Fonduna ianə ediblər.
Karateçi, IV İslam həmrəyliyi oyunlarının gümüş medalçısı Fəridə Əliyeva və aparıcı Tural Dadaşov, olimpiya çempionu Nazim Hüseynov və müğənni, 2014-cü il Avroviziya mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Dilarə Kazımova ümumilikdə 400 manat məbləğin “YAŞAT” Fonduna ianə edilməsinə nail olublar.
Dekabrın 31-i Yeni il və həmrəylik günü münasibətilə “İctimai TV”də yayımlanan milli olimpiya komitəsinin 30 illik yubileyinə həsr olunmuş “Milyonların şousu” verilişi əsl bayram əhvalı yaratmaqla yanaşı, tamaşaçılara idmançılarımızı fərqli tanımaq imkanı da verdi.