Olimpiya çempionumuz koronavirusa yoluxub

Azərbaycanın həndbol üzrə olimpiya çempionu Lüdmila Şubina koronavirusa yoluxub. Allsport.az xəbər verir ki, bu barədə “report”a 73 yaşlı mütəxəssisin özü məlumat verib.

Veteran həndbolçu 5 gündür ev şəraitində müalicə olunduğunu və hazırda özünü yaxşı hiss etdiyini bildirib.

Şubina soyuqdəymədən xəstələndiyini söyləyib: “Mən hovuza gedirəm. Yəqin ki, orada soyuqdəyməm olub və bu da hazırkı xəstəliyə gətirib çıxardıb”.

O, keçmiş SSRİ yığmasının tərkibində 1976-cı il Monreal yay olimpiya oyunlarının qalibi olub. Dünya çempionatlarında gümüş (1975) və bürünc (1973) medallar qazanıb.

Hazırda Şubina “Qarabağ” həndbol klubunun prezidentidir.

Həmin kateqoriyadan