- Baxış sayı: 45
- 05 Noyabr 2024 12:01
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Ötən il “Sportsman” jurnalı “Zirvə”nin işini tüksək qiymətləndirərək, bu idman ocağını “İlin ən yaxşı idman klubu” seçmişdi. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, bu dəfə ölkənin daha bir nüfuzlu KİV-i 2014-cü ildəki fəaliyyəti xüsusi fərqləndirib. Milli Olimpiya Komitəsinin 2001-ci ilin noyabr ayından fəaliyyətə başlayan rəsmi yayım orqanı “Olimpiya dünyası” qəzeti, onun “Olimpnews.az” saytı və “Olimpə Doğru” jurnalı “Zirvə” İdman Klubunu 2014-cü ilin ən yaxşı idman klubu seçib.
KİV-in saytında yerləşdirilən məlumatda deyilir: “Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsi kimi ölkədə idman və Olimpiya Hərəkatı inkişaf etmiş, idmanın maddi-texniki bazası sürətlə möhkəmlənmiş, atletlərimiz beynəlxalq yarışlarda çoxsaylı uğurlar qazanmışlar. Bu böyük uğurların təbliğini daim diqqət mərkəzində saxlayan olimpnews.az saytının 2014-cü ilin yekunlarına əsasən, keçirdiyi rəy sorğusunun nəticələrinə görə ilin ən yaxşılarının adları açıqlanıb”.
“Zirvə” İdman Klubu və onun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” məhz bu siyahıda yer alıb. Bu il özünün başqa ölkələrdəki filialları arasında iki böyük ağır atletika turniri keçirən “Zirvə”, başqalarına nümunə olacaq addımlar atmış, istək və arzu olduğun yerdə nəticənin də özünü gözlətməyəcəyini sübut edə bilib. 2014-cü ildə dopinq məsələsi üzündən yalnız gənclərin Avropa çempionatında tam heyətlə iştirak edə bilmiş “Zirvə”nin azərbaycanlı atletlərindən Anastasiya İbrahimli bürünc və Dadaş Dadaşbəyli gümüş, Ukraynadakı “Jidaçiv-Zirvə”nin nümayəndəsi Vladimir Hoza toplamda bürünc, Rüstəm İmanzadə isə birdən qaldırmada bürünc medalla fərqləniblər.
Bununla yanaşı, cüdo üzrə Azərbaycan çempionatında qızıl medal qazanaraq Avropa Oyunlarında çıxış etmək hüququ əldə edən “İsmayıllı-Zirvə” təmsilçisi Günel Həsənlinin çıxışını qeyd etmək olar. İlin əvvəlində iştirak etdiyimiz daxili birincilik və çempionatları da nəzərə alsaq, “Zirvə” 2014-ci ildə ümumilikdə 15 qızıl, 17 gümüş və 8 bürünc olmaqla 40 medal qazanmışdır. Çox gözəl nəticədir.
Azərbaycan idmanının inkişafına, dövlətimizin idman siyasətinə öz dəstəyini tam şəkildə göstərən “Zirvə”, uğur qazanan hər bir idmançını, həmçinin onun məşqçisini qiymətli hədiyyələr, həmçinin mənzillə təltif etmiş, illərdir formalaşan ənənəsini davam etdirmişdir.