- Baxış sayı: 119
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Milli olimpiya komitəsinin “Olimpiya gündəliyi 2020” komissiyasının 2-illik fəaliyyəti üzrə iclas keçirilib. Allsport.az saytı xəbər verir ki, proqram BOK-un Monakoda keçirilmiş 127-ci sessiyasında yekdilliklə təsdiq edilib. Olimpiya 20+20 tövsiyyələr sənədi 2014-cü ilin sentyabr ayından fevraladək BOK müxtəlif təşkilatlar və şəxslərdən 40,000-dən artıq təklif qəbul edərək, onları 1,200 ideyada qruplaşdırıb. 14 işçi qrup bütün təklif və ideyaları təhlil etdikdən sonra 20+20 TÖVSİYYƏ sənədi hazırlayıb.
Beynəlxalq Olimpiya Komitəsinin, xüsusilə “Olimpiya gündəliyi-2020”-yə dəstək olaraq 2017-ci ilin yanvar ayında bizdə bunun əsasını qoyulub. Komissiyanın əsas məqsədi 2017-2020-ci illərdə Azərbaycanda olimpiya hərəkatınının və olimpizmin yeni inkişaf mərhələsinə nail olmaq, ölkədə olimpiya təhsilinin gücləndirmək, “Dayanıqlı inkişaf”, “Gender bərabərliyi”, “İdman hamı üçün” sahələri üzrə inkişaf etdirməkdir.
İclasda komissiyanın sədri Azər Əliyev, Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin direktoru Zemfira Meftəhəddinova, gənclər və idman nazirliyinin idman şöbəsinin müdürü Fərid Mansurov, MOK-un informasiya və nəşrlər idarəsinin müdiri Camaləddin Rəhmanov, MOK-un marketinq idarəsinin mudiri Mehman Kərimov, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, MOK-un beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, MOK-un mətbuat katibi Əzizə İsmayilova iştirak ediblər.
Toplantıda komissiyanın üzvləri Spave Televiziyası ilə əməkdaşlıq haqqında müzakirələr aparıldı, “İdman hamı üçün” və “Olimpiya mədəniyyəti və təhsil proqramının” gələcək fəaliyyəti danışılıb.