- Baxış sayı: 609
- 27 Noyabr 2025 13:51
- Baxış sayı: 149
- Dekabr 04, 2025
- 0

Noyabrın 17-də Şəkidə IV idman festivalına start verilib. Allsport.az saytı xəbər verir ki, olimpiya idman 24 federasiyanı təmsil edən 104 idmançı iştirak edir.
Tədbir çərçivəsində iştirakçılar üçün hərbi-vətənpərvərlik, ilk yardım və xilasetmə üzrə təlimlər, müxtəlif əyləncəli və intellektual oyunlar təşkil olunur. Eyni zamanda, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ana Yasa mövzusunda təlimlər də keçirilir.
Tədbirin məqsədi idman mühitinin gücləndirilməsi və gənc idmançılar arasında təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Noyabrın 21–22-də Qəbələ şəhərinin Heydər Əliyev parkında idman növləri üzrə nümunəvi çıxışlar və gənc istedadların iştirakı ilə konsert proqramı təşkil olunacaq. Festival noyabrın 22-də yekunlaşacaq.