Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüş

Mayın 13-də olimpiya idman növləri üzrə milli federasiyaların nümayəndələri ilə növbəti görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında gənclər və idman naziri Fərid Qayıbov, federasiya nümayəndələri və mütəxəssisləri salamlayaraq, son vaxtlar görülmüş işlər və qarşıdakı olanlar barədə danışıb, görüşün məqsədi barədə məlumat verib.

Görüşün gündəliyinə əsasən, 2023-cü il üçün büdcənin planlaşdırılması; tibbi məsələlər; idmançıların reytinq cədvəli; Paris-2024-ə ilkin hazırlıq, V İslam oyunlarına, dünya oyunlarına, Avropa yeniyetmələrin olimpiya festivalına hazırlıq; Azərbaycanda keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər; beynəlxalq idman qurumlarında təmsil olunma məsələləri; ölkə miqyaslı yarışların keçirilmə qaydaları ilə bağlı texniki reqlamentin hazırlanması; məşqçi və hakimlər üçün seminarların təşkili; idmançıların AzDBTİA-da təcrübəyə cəlb edilməsi; yeni layihələr və digər məsələlər müzakirə edilib, federasiya nümayəndələrinin təklifləri dinlənilib.

Həmin kateqoriyadan