Olimpiyaçılar Parisin ən yaxşı striptiz klubuna pulsuz dəvət olunurlar. Bunun üçün idmançılar nə etməlidirlər?

Paris-2024-də olimpiyaçıların praktiki olaraq boş vaxtı olmur. Məşq, yarışlar, məşq, yarışlar və bu daim dövr edir. Yalnız çıxışlardan sonra istirahət etmək və idman bayramının ab-havasından həzz almaq imkanı yaranır.

Allsport.az saytı xəbər verir ki, idmançılar “olimpiya kəndində” əylənməkdən yorulsalar, “Sekret Square”yə gedə bilərlər. Böyüklər üçün nəzərdə tutulmuş bu müəssisə Parisdə ən reytinqlilərdən hesab olunur. Onlar fransız striptiz sənətində ixtisaslaşıblar.

Rəhbərlik iştirakçılara və tədbiri işıqlandıranlara öz klublarında pulsuz şoudan həzz almaq imkanı verməklə, diqqəti özlərinə və olimpiadaya cəlb etmək qərarına gəlib.

“Parisdə olarkən, idmançılar, onların komandaları və tədbiri işıqlandıran jurnalistlər giriş haqqı ödəməli olmayacaqlar”, qurumun sözçüsü “TMZ Sports”a deyib.

Əyləncə məkanına pulsuz daxil olmaq üçün yalnız olimpiya akkreditasiyanızı göstərmək lazımdır. Strip-klubun içərisində 20-ci illərdəki Şanxayı xatırladan buduar ab-havası yaradılıb. Qırmızı məxmər divanlar, şamlar, zəif işıqlandırma, ləzzətli yeməklər – bütün bunlar “Gizli meydanı” cazibədar və həssas yer olmağa kömək edir.

Həmin kateqoriyadan