Olimpiya millimiz Sena çayından keçdi! Azərbaycan idmançı sayında 4 qonşusunu qabaqlayır!

Olimpiya komandamız Sena çayından keçəcək Paris-2024-ün açılışında iştirak edib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan bayrağını cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev dalğalandırıblar.

Millimiz Fransa paytaxtında 48 idmançı (41 vəsiqə) ilə təmsil olunur. Azərbaycan 14 idman növü üzrə 17 proqramda çıxış edəcək. Hələlik mübarizəyə yalnız 1 təmsilçimiz qoşulub. Kamandan oxatamada Yaylagül Ramazanova 1/32 finala adlayıb. 

Ölkəmiz say baxımından 4 qonşusundan – bitərəf statusda Rusiya, İran, Gürcüstan və Ermənistandan xeyli böyük heyətlə təmsil olunur.

Həmin kateqoriyadan