- Baxış sayı: 583
- 10 Dekabr 2025 23:59
- Baxış sayı: 670
- Dekabr 12, 2025
- 0

Fransalı biatlonçu Jüli Simon bank kartı ilə dələduzluq işi üzrə üç ay müddətinə şərti həbs cəzasına məhkum edilib.
Allsport.az xəbər verir ki, 29 yaşlı idmançıya həmçinin 15 min avro məbləğində cərimə təyin olunub. Cümə günü Simon kredit kartı oğurluğu və dələduzluq ittihamları ilə Albervil cinayət məhkəməsi qarşısında cavab verib.
İş üzrə zərərçəkənlər arasında 2022-ci ildə Simona qarşı iddia qaldıran biatlonçu Jüstin Breza-Buşedə daxil olmaqla, üç nəfər olub. Buşe, Simonun onun kredit kartından istifadə edərək 1000 ilə 2000 avro arasında alış-veriş etdiyini iddia etmişdi.
Məhkəmədə Simon oğurluq etdiyini etiraf edib və iddiaçılardan üzr istəyib.
Fransalı idmançı 2022-ci il qış olimpiya oyunlarının qarışıq estafetdə gümüş mükafatçısı, 10-qat dünya çempionu, həmçinin ümumi hesabda dünya kubokunun qalibidir.