Olimpiya mükafatçısı idmana qayıtmaq istəmir – arzuladığı həyatı yaşayır – FOTO

Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya gümüş mükafatçısı və ikiqat dünya çempionu Yevgeniya Medvedeva açıqlama verib.

Allsport.az xəbər verir ki, keçmiş idmançı karyerasını davam etdirmək istəməməsinin səbəbini açıqlayıb:
“Tez-tez mənə deyirlər: “Jenya, sən əla formadasan, niyə qayıtmırsan?” Fakt budur ki, fiqurlu konkisürmədə iki forma anlayışımız var – incəlik və atletizm. Mənim artıq atletik formam yoxdur.
Geri qayıtmamağımın əsas səbəbi bunu istəməməyimdir. Mənim idmana ehtiyacım yoxdur. İndi mənim maddi gəlirim, sabit işim və daha sərbəst qrafikli həyatım var. Bu mənim arzuladığım həyatdır.

25 yaşlı fiqurlu konkisürən 2023-cü ildə karyerasını bitirib.


Həmin kateqoriyadan