Olimpiya mükafatçısı karyerasını bitirdi

Xizək qaçışı üzrə ikiqat olimpiya və dünya mükafatçısı Riçar Juv peşəkar idmanla vidalaşdığını elan edib.

Allsport.az xəbər verir ki, 31 yaşlı idmançı daxili motivasiyasının tükəndiyini və gündəlik məşqlərin artıq psixoloji sınağa çevrildiyini bildirib.

Karyerası ərzində 20 dəfə fərdi yarışlarda fəxri kürsüyə qalxan Juv, 2021/22 mövsümündə sprint hesabında “Kiçik büllur qlobus”u qazanan ilk fransalı xizəkçi kimi tarixə düşüb. O, həmçinin 2018 və 2022-ci il olimpiadalarının bürünc medalçısıdır.

Həmin kateqoriyadan