- Baxış sayı: 58
- 18 Mart 2026 20:11
- Baxış sayı: 192
- Mart 19, 2026
- 0

Tokio-2020 olimpiya və paralimpiya oyunlarının rəmzlərini seçib. Allsport.az saytı xəbər verir ki, səsvermənin yekunu canlı efirdə açıqlanıb. Qəribə məxluqlara ad yayda veriləcək.
Rəmz Tokio olimpiadasının emblemində naxışı xatırladan göy-ağ dama-dama geyimində məxluqdur. Onun xarakterində qədimliyi və müasirliyi birləşdirmək, keçmişə hörmət etmək və təkrarlamaq, yeniyə can atmaq kimi ştrixlər güclüdür.
Paralimpiya oyunlarının simvolu ağ-çəhrayı dama-dama məxluqdur. Onun başında sakura ləçəkləri var. Tərtibatçının fikrincə, məxluq məhz “sakuradan olan bu anten” vasitəsilə fövqəltəbii xüsusiyyətə malikdir.