Oliver Lederer: “Kəpəz”i yaxşı təhlil etmişəm

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyunlarında “Kəpəz”in qonağı olacaq Avstriya “Admira”sının baş məşqçisi Oliver Lederer fikrini açıqlayıb. Allsport.az saytı xəbər verir ki, o, oyun öncəsi bunu söyləyib:

“Bilirik ki, bizi sabah çətin oyun gözləyir. Evdə keçirdiyimiz matçda tapşırıqları yerinə yetirdik, qol vurduq. Cavab oyununda da əlimizdən gələni etməliyik ki, növbəti mərhələyə vəsiqə qazanaq. 90 və ya 120 dəqiqə oynamaq önəmli deyil. Biz də penaltilər üzərində çalışmışıq.

Rəqibi yaxşı təhlil etmişəm. Əks-hücuma tez keçirlər. Braziliyalı futbolçularının fəallığını xüsusi qeyd edərdim. “Admira” müdafiədən oynamayacaq? Komandamızın oyun stili rəqibdən asılı deyil. “Kəpəz”lə oyun mənim üçün xüsusi yox, normal bir oyundu. Məşqçilik karyeramda gələcəyim sabahkı görüşdən asılı deyil. Ümumi uğurumuza inanıram”.

Həmin kateqoriyadan