Ölkə başçımız BƏƏ prezidenti ilə “Gələcəyin oyunları” idman yarışının açılışında iştirak edib

Əbu Dabidə ölkə başçısı İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti şeyx Məhəmməd bin Zayed Əl Nəhyan “Gələcəyin oyunları” adlı illik qlobal idman turnirinin açılışında iştirak ediblər.

Allsport.az xəbər verir ki, hər il təşkil olunması nəzərdə tutulan tədbir 2 mərhələdə həyata keçirilir. İlk etapda idmançılar fiziki idman növləri üzrə mübarizə aparırlar. İkinci mərhələdə isə onların rəqəmsal oyunlar üzrə bacarıqları sınaqdan keçirilir.

“Növbəti nəsil insanlar. Gələcəyini oyna” şüarı ilə təşkil olunan turnirdə müxtəlif ölkələrdən idmançılar ümumilikdə 11 idman növü üzrə yarışacaqlar. Ötən il BƏƏ 9 iddiaçı namizəd arasında qalib gələrək, 2025-ci ildə keçiriləcək “Gələcəyin oyunları”na ev sahibliyi etmək hüququ qazanıb.

Həmin kateqoriyadan