- Baxış sayı: 159
- 17 Dekabr 2025 19:07
- Baxış sayı: 107
- Dekabr 17, 2025
- 0

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının paytaxtı Ər Riyadda VI İslam həmrəyliyi oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığında iştirak edən digər mütəxəssislərin mükafatlandırılması haqqında sərəncam imzalayıb.
Allsport.az saytı xəbər verir ki, bunun üçün 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan prezidentinin ehtiyat fondundan gənclər və idman nazirliyinə 1 milyon 900 min manat vəsait ayrılıb.
Gənclər və İdman Nazirliyinə idmançılar arasında rəqabətin səviyyəsi, ən yüksək nəticələrə görə medalların sayı, fərdi və ya komanda yarışlarında iştirakı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin ödənilməsinə dair qaydanı 10 gün müddətində hazırlayıb təsdiqləmək, maliyyə nazirliyinə isə maliyyələşmənin təmin edilməsi tapşırılıb.