Ölkə başçısı Niderlandla oyunda da voleybolçularımıza dəstək verib

Azərbaycanda qadın voleybolçuların Avropa çempionatının yarımfinal görüşləri keçirilir. Allsport.az saytı xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yığmamızın bütün oyunlarında dövlət başçısı İlham Əliyev ailə üvləri ilə birgə yerində izləyir.

Komandamızın Niderlandla görüşündə də ölkə prezidenti qızlarımıza dəstək verib. Uzun müddətdir məğlubiyyət nə olduğunu bilməyən millimiz gərgin mübarizənin yekununda ilk dəfə uduzub – 2:3 (25:20; 19:25, 19:25, 27:25, 12:15).

 

Həmin kateqoriyadan