- Baxış sayı: 97
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Prezident İlham Əliyev milli olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Allsport.az saytı xəbər verir ki, Hidayət Heydərov, Zelim Kotsoyev, Elxan Məmmədov, Riçadr Trauman “Şöhrət” ordeni, Tərlan Həsənov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, Alfonso Dominqes, Həşim Məhəmmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, Həsrət Cəfərov, Georgi Meşvildişvili, Məhəmmədxan Məhəmmədov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Məmməd Abdullayev, Həsən Əliyev, Xetaq Qazyumov, Anar Məmmədov, Niyaməddin Paşayev, Pedro Roque, Aleksandr Tarakanov 3-cü dərəcəli “Əmək” ordeni, Georgi Qokşelidze və Əli Əliyev “Tərəqqi” medalı ilə təltif edilib.
İdmançılar və onların məşqçiləri bu mükafatlara XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə layiq görülüblər.