- Baxış sayı: 116
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev Braziliyanın Rio-2016-da iştirak etmiş idmançılarla və onların məşqçiləri ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan prezidenti görüşdə nitq söyləyib. Sonra o, olimpiya komandasının üzvlərinin təltif edilməsi ilə bağlı sərəncamları elan edilib.
Dövlətimizin başçısı Azərbaycan idmanının inkişafındakı xidmətlərinə və 31-ci Yay Olimpiya Oyunlarında göstərdikləri yüksək nailiyyətlərə görə təltif edilmiş idmançılara və onların məşqçilərinə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu, “Tərəqqi” medallarını, “Şöhrət”, “Vətənə xidmətə görə” ordenlərini təqdim edib, onlara bir daha uğurlar arzulayıb.
Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının böyük məşqçisi Firdovsi Umudov, gümüş medalçı Toğrul Əsgərovun şəxsi məşqçisi Elçin Zeynalov, qadınlardan ibarət taekvondo üzrə yığma komandanın məşqçisi Elnur Amanov, olimpiya oyunlarının gümüş mükafatçısı, cüdoçu Elmar Qasımov, Rio olimpiadasında 2-ci yer tutan güləşçi Mariya Stadnik çıxış edərək, ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını çatdırıblar.
Prezident İlham Əliyev Qroznıda Rusiya Federasiyasının Çeçenistan respublikasının ilk prezidenti Əhməd Qədirovun xatirəsinə peşəkar kikboksinq turnirində qalib gələrək, dünya çempionu titulu qazanan “WBC Muaythai” versiyası üzrə dünya çempionu Zabit Səmədov ilə görüşüb, onu qazandığı qələbə münasibətilə təbrik edib. Sonda prezident İlham Əliyev olimpiyaçılarla və onların məşqçiləri ilə xatirə şəkilləri çəkdirib.