Ölkə başçısı və birinci xanım olimpiya çempionu Hidayət Heydərova zəng ediblər

İyulun 29-da Azərbaycan respublikasının prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Paris-2024-də parlaq qələbə ilə olimpiya çempionu adını qazanan cüdoçu Hidayət Heydərova zəng ediblər.

Allsport.az saytı xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım olimpiadanın cüdo yarışlarında parlaq qələbə qazanması münasibətilə Hidayət Heydərova təbriklərini çatdırıb, ona gələcək idman fəaliyyətində yeni qələbələr arzulayıblar.

Hidayət Heydərov telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma təşəkkürünü bildirib, olimpiadada dövlət bayrağını ucaltmaqdan və himnimizin səsləndirilməsindən qürur duyduğunu vurğulayıb. O, yeni uğurlar qazanmaq üçün bundan sonra da səylə fəaliyyət göstərəcəyini deyib.

Həmin kateqoriyadan