Ölkə başçısı və xanımı Zelim Kotsoyevi olimpiya çempionu olması münasibətilə təbrik edib

Avqustun 1-də Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Paris-2024 XXXIII yay olimpiya oyunlarında qalib olmuş azərbaycanlı cüdoçu Zelim Kotsoyevə zəng ediblər.

Allsport.az saytı xəbər verir ki, ölkə başçısı və həyat yoldaşı Paris-2024-də qızıl medal qazanması münasibətilə onu təbrik edib, idmançıya gələcəkdə də yeni uğurlar arzulayıblar. Dövlətimizin rəhbəri, cüdo idman növü üzrə ilk dəfə 2 olimpiya qızıl medalını qazandığımızı qeyd edərək, bu münasibətlə təbriklərini eyni zamanda komandanın məşqçilərinə və Azərbaycan cüdo federasiyasının rəhbərliyinə çatdırıb.

Telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlığını bildirən Zelim Kotsoyev, öz qələbəsi ilə Azərbaycan bayrağını ucaltmaqdan və himnimizi səsləndirməkdən fəxr hissi keçirdiyini deyib. O, yeni qələbələr qazanmaq üçün bundan sonra da bütün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Həmin kateqoriyadan