- Baxış sayı: 60
- 25 Aprel 2025 20:07
- Baxış sayı: 60
- Aprel 25, 2025
- 0
Ölkə başçısı İlham Əliyev sərəncam imzalayıb. Allsport.az saytı xəbər verir ki, Buenos Ayresdə-2018 yeniyetmələrin 3-cü yay olimpiya oyunlarında 1-ci yeri tutmuş hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat məbləğində mükafat veriləcək. 2-ci pillənin sahibinə və məşqçiyə müvafiq olaraq, 30 min və 15 min manat mükafat nəzərdə tutulub. 3-cü sırada qərarlaşan 20 min, onun məşqçisi isə 10 min manat alacaq.
Bundan başqa, milli olimpiya komitəsi prezidentinin sərəncamına əsasən, bu oyunlarda yüksək nəticələrə görə MOK-un mükafatlarının məbləği də müəyyənləşib. Belə ki, 1-ci yeri tutan 25 min manat, onun məşqçisinə 12,5 min manat mükafat veriləcək. 2-ci pilləyə çıxan idmançı 15 min manat, onun məşqçisi 7,5 min, 3-cü mövqeni tutan hər bir yeniyetmə 10 min manat, onun məşqçisinə isə 5 min manat mükafat nəzərdə tutulub.
Hər iki sərəncama əsasən, komandanın baş məşqçisi idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafatlandırılacaq.