- Baxış sayı: 101
- 20 Noyabr 2025 19:37
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Şüvəlan qəsəbəsində yerləşən ağır atletika akademiyasında yeniyetmələrin ölkə birinciliyi sona yetib.
Allsport.az saytı xəbər verir ki, 15 yaşlılarda 81 kq-da Hüseyn Heydərov, 89 kq-da Həsən Babayev, 102 kq-da Rəbbani Niftəliyev, +102 kq-da Sadiq Əliquliyev rəqiblərindən güclü olublar.
17 yaşlı ağırlıqqaldıranlarda 81 kq-da İmanəli Əliyev, 89 kq-da Əbdülmətin İsmayılov, 96 kq-da Hüseyn Fətəliyev, 102 kq-da Hacı Əlimanov, +102 kq-da Nurəddin Mehdiyev qızıl medala sahib çıxıblar.