“Ölkə çempionatına əcnəbi hakimlərin dəvət olunması təqdirəlayiqdir”

Bu gün “Zirə” premyer liqanın 35-ci turunda Tovuzda “Kəpəz”ə 1:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Rəşad Sadıqov bunu dedi:

“Yaxşı oyun oldu. Bu qələbə çox vacib idi. Qarşıda “Səbail” ilə daha çətin görüşümüz var.

Fikrimcə, ölkə çempionatına əcnəbi hakimlərin dəvət olunması təqdirəlayiqdir. Necə ki, məşqçilər və futbolçular gəlir.

Premyer liqada oyunların sayı artıb. 5-6 yaxşı səviyyəli hakimimiz var. Onlar bu gün Türkiyədə superliqanı rahat idarə edə bilərlər”.

Həmin kateqoriyadan